"Atletiko Madrid" Luis Suarezi transfer etmək uğrunda mübarizə aparır.

Offsideplus.az xəbər verir ki, Madrid klubu uruqvaylı oyunçunun agenti ilə əlaqə saxlayıb. “Atletiko Madrid”in 33 yaşlı hücumçuya “Yuventus”un ödədiyindən daha artıq maaş təklif etdiyi bildirilir. Buna baxmayaraq, Suarezin Turin klubunu seçəcəyi ehtimal edilir.

Xatrıladaq ki, "Yuventus" təcrübəli hücumçuya 2+1 illik müqavilə və ildə 10 milyon avro maaş təklif edib.