İspaniya klubu oyunçusu Samuel Umtitini satmağa həvəslidir.
Offsideplus.az xəbər verir ki, "Barselona" yay transferi dönəmində Samuel Umtiti ilə yollarını ayıra bilər. 26 yaşlı oyunçu yeni baş məşqçi Ronald Kumanın planlarına daxil deyil. Belə ki, oyunçu yeni bir kluba transfer ola bilər.
Son aylarda "Mançester Yunayted" və "Arsenal" kimi klubların diqqətində olan Umtiti önümüzdəki həftələrdə "Kamp Nou"dan pulsuz transfer ilə ayrıla bilər.