Brazilyanın "Kruzeyro" klubu rəsmi saytlarında Messini transfer etdiklərini açıqladılar.
Offsideplus.az xəbər verir ki, Cümə günü "Kruzeyro" klubunun rəsmi saytına haker hücumu olub və Lionel Messi ilə razılığa gəldikləri barədə paylaşım edilib.
Hakerlər Messinin adından "Kruzeyro" ilə burada olduğum üçün çox xoşbəxtəm. Baş məşqçi Enderson Moreiranın komandasının üzvü olmaq böyük şərəfdir. Tezliklə görüşənədək, tülkülərin azarkeşləri. Mineirao Stadionunda oynamaq üçün səbirsizlənirəm!", - deyə açıqlama yazıblar.
Braziliya klubu tez bir zamanda paylaşımı silib və zarafat edən hakerləri tapmaq üçün əllərindən gələni edəcəklərini bildirib.