"Barselona"dan ayrılacağı barədə şayiələr gəzən Luis Suarez klubda qalmaq üçün ehtiyat oyunçular arasında gözləməyə razıdır. 

 

Offsideplus.az xəbər verir ki, uruqvaylı oyunçu ehtiyatda gözləməyə razı olduğunu bildirib. Oyunçu "Barselona"dakı gələcəyi barədə İspaniya mətbuatına açıqlama verib.

"Karyeramın bu dövründə ehtiyatda qalmağı qəbul edə bilərəm. Məncə, kluba verəcəyim hələ çox şey var. Forma rəqabəti hər komanda üçün vacibdir. Yeni baş məşqçimiz ehtiyatda qalmağımı istəyərsə, bu mənim üçün problem olmaz", - deyə Suarez bildirib.