Luis Suarez “Barselona”nın prezidenti Xosep Bartomeu onun klubdan ayrılmağını istəyirdisə, özünə deməli olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, qalmaq istəməyinə baxmayaraq, 33 yaşlı oyunçunun “Barselona”dan ayrılacağı bildirilir. Bu barədə Luis Suarez İspaniya mətbuatına açıqlama verib.

“Əgər klub mənim getməyimi istəyirdisə, məsul şəxslər birbaşa mənimlə danışmalı idilər. Altı ildir “Barselona”da oynayıram, bu müddət bəs edir ki, nə düşündüklərini mənimlə də bölüşsünlər. Komandadan kənarlaşdırmaq istədikləri adam mənəmsə, yaxşı olardı ki, mənə bildirərdilər”.