"Mançester Siti" ilə müqaviləsi bitən David Silva azad agent olaraq İspaniya klublarından "Real Sosyedad"a transfer olunub.

Offsideplus.az xəbər verir ki, "Real Sosyedad" klubu da rəsmi saytında məlumati təsdiqləyib.

"Mançester Siti"də 10 mövsüm keçirən futbolçu meydanda olduğu 447 oyunda 81 qol, 120 məhsuldar ötürmə ilə yadda qalıb.  Həmçinin komandası ilə 4 İngiltərə liqası çempionluğu,5 İngiltərə kuboku, 2 FA kuboku və 2 İngiltərə super kuboku qazanıb.

Xatırladaq ki, təcrübəli oyunçu 2010-cu ildə "Valensiya"dan "Siti" klubuna transfer olunub.