"Barselona" klubunun 1/4 finalda "Bavariya"ya (2:8) biabırçı məğlubiyyəti komandanın vacib dəyişiklik etməli olduğunu göstərdi. İlk qərar baş məşqçini göndərmək oldu.
Offsideplus.az xəbər verir ki, ötən axşam klub rəsmi səhifəsində Kike Setyen ilə yolları ayırdığını açıqlayıb. Boş qalan baş məşqçi postuna isə bəzi namizdələrin adı hallanır.
Bu adlar arasında "Tottenhem"da məşqçilik edərək özünü tanıtmış Maurisio Poçettino, "Qoca Sinyora"nı çempion etmiş Massimilano Allegri və Hollandiya millisinin baş məşqçisi Ronald Kuman yer alır.
Ən real namizəd kimi Ronald Kuman göstərilir. Buna səbəb dünən axşam Komanın Barselona Hava limanına eniş etməsi olub. Klubun da yaxın günlərdə bunu mediaya bildirəcəyi gözlənilir. İddialara görə, Komanla danışıqlar son mərhələdədir. Ona 2 illik müqavilə təklif olunub.
Mətbuatda yayılan məlumatlara görə, klubun əsas oyunçuları Poçettinonun gəlişini istəmirlər.