İspaniyanın "Barselona" klubu baş məşqçi Kike Setyenin postundan kənarlaşdırıldığını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, klubun prezidenti Xosep Bartomeu COPE radiosuna açıqlamasında "Setyen işindən azad olundu" deyə bildirib.
Setyen Kataloniya komandasına yanvarda Ernesto Balverdenin əvəzinə təyin olunub.
Onun rəhbərliyi dövründə İspaniya La Liqasını ikinci tamamlayan "Barselona" Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına böyük hesabla uduzub - 2:8.