Unay Emeri karyerasını yenidən İspaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, ispan mütəxəssis "Vilyarreal" klubundan təklif alıb. Yerli mətbuat tərəflərin razılığa gəldiyini iddia edib.
"Vilyarreal"ın hazırki çalışdırıcısı Xavyer Kalyexi ilə müqaviləsinin müddəti 2021-ci ilə qədərdir.
Qeyd edək ki, U. Emeri daha əvvəl "Arsenal", PSJ, "Sevilya", "Spartak" (Moskva) klublarını çalışdırıb.