"Valensiya" klubu ilə müqaviləsi bitən Ezekyel Qaray komandadan ayrılıb.
Offsideplus.az xəbər verir ki, bunu argentinalı müdafiəçi özü məlumat verib. Azarkeşlərə minnətdarlıq edən 33 yaşlı futbolçu onlarla vidalaşıb.
Qeyd edək ki, E. Qaray 2016-cı ildə "Zenit"dən "Valensiya"ya keçmişdi.