İspaniyanın "Selta Viqo" klubunun türkiyəli futbolçusu Okay Yokuşlu bu mövsümki çıxışı ilə diqqətləri çəkməyi bacarıb.
Offsideplus.az xəbər verir ki, "Sevilya" klubu 26 yaşlı yarımmüdafiəçini sıralarına qatmaq üçün hərəkətə keçib.
Türkiyə yığmasının da üzvü olan futbolçu üçün "Sevilya" qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.
Hazırki klubu ilə 2023-cü ilə qədər müqaviləsi olan oyunçunu cari mövsümün sonunda transfer etmək üçün hərəkətə keçiləcəyi bildirilir.
Qeyd edək ki, 2018-ci ildən "Selta"da çıxış edən Okay Yokuşlu bu mövsüm çıxdığı 20 oyunda iki məhsuldar ötürmə verib.