Messinin "Selta Viqo" ilə oyunda üz ifadəsinin xoş olmamasına "Barselona"nın baş məşqçisi Kike Setyen münasibət bildirib.

 Offsideplus.az xəbər verir ki, mütəxəssis Messi ilə aralarında problem olması barədə iddiaları rədd edib. 

"Atletiko Madrid"lə oyun öncəsi açıqlama verən Setyen köməkçisi Sarabiyanın "Selto Viqo" ilə oyundakı tapşırıqlarına məhəl qoymayan Messinin davranışını belə şərh edib: "Fikir ayrılıqları hər zaman ola bilər. Bu normaldır. Mən də asan yola gedən futbolçu olmamışam. Etməyimiz lazım olan yeganə məsələ ortaq məxrəcə gəlməkdir. Aramızda yaxşı münasibət var. "Selta" ilə oyunda olanlara önəm vermirəm".

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan oyundan sonra futbolçularla baş məşqçi arasında mübahisə olduğu bildirilir.