İspaniya La Liqasında XXXII tur start götürüb.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə "Sevilya" öz meydanında “Valyadolid”lə qarşılaşıb. Mükafatlar uğrunda mübarizə aparan meydan sahibləri məğlub duruma düşdükləri görüşdə bərabərlik qoluna imza atsa da, xal itkisindən qurtula bilməyib.

Qeyd edək ki, turun digər oyunları iyunun 27-29-da keçiriləcək.

İspaniya La Liqası
XXXII tur
26 iyun
“Sevilya” – “Valyadolid” – 1:1

Qollar: Okampos, 83 (pen.) - Kiko, 25