İcarə əsasında “İnter”də forma geyinən Aleksis Sançes karyerasını İspaniyada davam etdirə bilər. 

Offsideplus.az "Daily Mirror"a istinadən xəbər verir ki, çilili forvardla “Valyadolid” maraqlanır.

Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan futbolçunun mövsüm sonu İtaliyadan ayrılması gözlənilir. O, yenidən “qırmızı şeytanlar”a qayıtmaq istəmir.

 “İnter” Sançeslə müqavilə uzatmaq istəməsə, o, La Liqa klubuna transfer oluna bilər.