İspaniya millisinin və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyas İspaniya Kral Futbol Federasiyasının (RFF) prezidenti seçilməkdən imtina edib.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı keçmiş qolkiper şəxsi "Twitter" səhifəsində bildirib ki, bu qərarı verməyinin əsas səbəbi İspaniyadakı sosial, iqtisadi və epidemioloji vəziyyətdir. Kasilyas deyib ki, buna görə seçkilər onun üçün arxa plana keçib: "Ancaq bu qapını bağlamamışam. Seçkilərin ədalətli və açıq keçirilməsini istəyirəm".

Qeyd edək ki, İker Kasilyas RFF-in hazırkı prezidenti Luis Rubialeslə mübarizə aparmalı idi.