"Barselona"nın müdafiəçisi Nelson Semedo koronavirus infeksiyasına qarşı qəbul edilən qaydalara riayyət etməyib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı oyunçu bazar ertəsi günü 20-dən çox adamın iştirak etdiyi ad gününə qatılıb. Semedo da məclisdəki digərləri kimi qoruyucu maska taxmayıb və sosial məsəfəni qorumayıb. Bununla da o, həm hökumətin, həm də La Liqa rəhbərliyinin tövsiyələrinə əməl etməyib.
“Barselona” isə müdafiəçinin belə bir tədbirdə olmasından xəbərdar olmadığını bildirir. Rəhbərlik məsələni klub daxilində həll etməkdən yanadır. Ancaq Semedonu daha ağır cəza gözləyə bilər.
Qeyd edək ki, La Liqa koronavirus pandemiyası səbəbiylə yaranan fasilədən sonra iyunun 12-də davam edəcək. Ayın 13-də isə "Barselona" səfərdə "Malyorka" ilə qarşılaşacaq.