Madrid "Real"ı cari mövsümün qalan oyunlarını "Santyaqo Bernabeu" stadionunda keçirməyəcək.

Offsideplus.az xəbər verir ki, oyunlara  "Alfredo Di Stefano" stadionu ev sahibliyi edəcək. Bu barədə "Real"ın prezidenti Florentino Peres məlumat verib.

"Alfredo Di Stefano" stadionu Madrid klubunun rezerv komandası - "Kastilya"ya məxsusdur.

Hazırda "Real"ın "Santyaqo Bernabeu" stadionunda yenidənqurma işləri aparılır.