"Borussiya"nın üzvü Erlinq Holand karyerasını İspaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, norveçli hücumçu ilə "Real" yaxından maraqlanır.
"Kral klubu" 2022-ci ilə qədər hücumçunu heyətinə qatmaq niyyətindədir. Madrid təmsilçisi futbolçunu razı salmaq üçün Əşrəf Hakimidən istifadə etmək niyyətindədir.
Qeyd edək ki, 19 yaşlı forvard bu mövsüm Bundesliqada 9 qarşılaşmada 10 qol vurub, 2 assist edib.