"Real Madrid" “Liverpul”un hücumçusu Sadio Maneni mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe və "Borussiya"nın norveçli ulduzu Erlinq Holandı əldən qaçıran Madrid təmsilçisi Seneqal millisinin üzvü ilə danışıqlara başlayıb.

28 yaşlı forvardın baş məşqçi Yurgen Kloppla münasibətləri qaydasında olmadığından onun “Real”a keçəcəyi gözlənilir. Onun ttransfer qiyməti 130 milyon avrodur.

Qeyd edək ki, Sadio Manenin  “Liverpul”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.