"Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını İspaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, “Barselona” futbolçunu “Yuventus”a bosniyalının qarşılığında İvan Rakitiçi təklif edib. Lakin İtaliya klubu bu təklifi qəbul etməyib.
Futbolçu özü Katalon klubuna keçməyə razıdır.
Qeyd edək ki, Pyaniç cari mövsüm A Seriyasında 22 matç keçirib və 3 qol vurub.