“Yuventus”un yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını La Liqada davam etdirməyə yaxındır.

Offsideplus.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki , 30 yaşlı orta sahə oyunçusu “Barselona” ilə anlaşıb.

La Liqa təmsilçisi Bosniya və Herseqovina millisinin üzvü ilə hərtərəfli razılıq əldə edib. Pyaniç artıq klubların anlaşmasını gözləyir. Bu keçid qarşılığında “Barsa”nın bir oyunçusu qarşı tərəfə yollanacaq. Pyaniçin müqabilində İtaliyaya köçməyə namizədlər İvan Rakitiç, Arturo Vidal və Nelson Semedodur.

Qeyd edək ki, Miralem Pyaniç 2016-cı ildən “Yuventus”da çıxış edir.