Nabil Fekirin "Real Betis"də qalıb-qalmayacağı bəlli olub.
Offsideplus.az xəbər verir ki, Sevilya təmsilçisi fransalını komandada saxlayacaq. Bu barədə məlumatı klubun prezidenti Anxel Aro açıqlayıb.
"Betis"in rəhbəri yarımmüdafiəçinin onlarla vidalaşmaq niyyətində olmadığını bildirib:
“Fekir komandamıza gəlməsindən razıdır və Sevilyada olmağına xoşbəxtdir. O, karyerasına burada davam etdirmək istəyir. Hazırda biz onunla vidalaşmaq niyyətində deyilik”.
Qeyd edək ki, "Nyukasl" Nabil Fekiri transfer etmək niyyətindədir.