"Betis" tarixinin ən yaxşı qapıçılarının adları bəlli olub.

Offsideplus.az xəbər verir ki, siyahıda 14 futbolçu yer alıb.

Ən yaxşılar siyahısında "Xəzər Lənkəran"da çıxış etmiş Toni Doblasın da adı var. İspaniyalı qolkiper Sevilya klubunun heyətində 2003-2008-ci illərdə çıxış edib.

Qeyd edək ki, Toni Doblas "Xəzər Lənkəran"da cəmi yarım mövsüm oynayıb. O, klubun formasını 2013-cü ilin yanvarından avqustuna kimi geyinib.