Uels yığmasının və Madrid “Real”ının ulduz yarımmüdafiəçisi Qaret Beyl də koronavirus pandemiyası ilə əlaqədar yardım kampaniyasına qoşulub.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçu Uels Universiteti Xəstəxanasına 500 min funt-sterlinq bağışlayıb.
Bu barədə sözügedən xəstəxana rəhbərliyi açıqlama verib.