"Barselona"nın sabiq prezidenti Joan Laporta yenidən klubda fəaliyyət göstərmək istəyir.
Offsideplus.az xəbər verir ki, kataloniyalı iş adamı ilin sonu öz qərarını verəcəyini açıqlayıb:
"Barça 3 milyarddan ibarət bir klubdur: 1 milyard gəliri, 1 milyard xərci və 1 milyard borclu. Bu klubun prestijini qaytarmaq istəyirəm. Bu kluba prezident qayıtmaq istəyim hər dəfə daha da artır. İlin sonu bu barədə öz qərarımı verəcəm".