“Levante” klubu da futbolçuların və məşqçilərin maaşlarını azaltmağa qərar verib.
Offsideplus.az xəbər verir ki, koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış La Liqada mövsüm bərpa olunmasa, futbolçuların və məşqçilərin məvacibində 20 faiz endirim olunacaq.
Mövsüm bərpa olunacağı və azarkeşsiz keçiriləcəyi halda isə, maaşlar 3 faizlik azalma ilə ödəniləcək. Artıq bütün kollektiv bu qərara razı olduğunu bildirib.