"Real" yayda heyətində köklü dəyişikliklər aparmağı planlayır.

Offsideplus.az xəbər verir ki, "Kral Klubu" 5 futbolçusu ilə yollarını ayıracaq. "Marka"nın məlumatına görə, Qaret Beyl, Kərim Benzema, Əşrəf Hakimi, Markos Llorente və Borxa Mayoral komandadan göndəriləcək. Əvəzində heyətə yeni 3 ulduz cəlb olunacaq.

Bu ulduzlar "Tottenham"dan Harri Keyn, "Liverpul"dan Məhəmməd Salah və "Çelsi"dən Eden Hazarddır.