"Barselona" Ter Ştegenlə razılığa gələ bilmir.
Offsideplus.az xəbər verir ki, klubun alman qapıçının agenti ilə 5 görüşü uğursuz nəticələnib.
Sonuncu görüş video zəng vasitəsilə baş tutub, amma hələ də razılaşma əldə olunmayıb. Alman qapıçı dünyanın ən çox maaş alan qapıçısı olmaq istəyir və klubdan 10 milyon + bonuslar tələb edir. Stegen artıq klubun iki təklifini qəbul etməyib.
Barça qapıçıya növbəti cəhdində 2025-ci ilə kimi və oyunundan asılı olaraq, üç il artırmaq imkanı ilə yeni müqavilə təklif edəcək.