"Real Madrid"in futbolçusu Kərim Benzema "Çelsi"nin hücumçusu Olivye Jiru ilə müqayisə olunmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, fransalı forvard şəxsi "Instagram" hesabında bununla bağlı sualı cavablandırarkən özünü "Formula 1" yarışına, Jirunu isə kartinqə bənzədərək müqayisənin düzgün olmadığını  qeyd edib: "Mən "Formula 1" yarışıyam, Jiru isə kartinqdir. Onun isə öz karyerası var. İstədiyini edir, qollarını vurur. Jiru haqqında çox düşünmürəm. Hərə öz yolundadır".

Qeyd edək ki, Kərim Benzema 2009-cu ilin yayından "Real Madrid"də çıxış edir. Fransa himni oxunan vaxt tüpürdüyü üçün Fransa millisindən kənarlaşdırılıb.