"Barselona" yay transfer pəncərəsində bir futbolçusunu satmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi Antuan Qrizmannı yolları ayırmaq niyyətindədir.
İnformasiyanı "Diario Sport" nəşri yayıb. Xəbərə görə, "Barselona" fransalının satış qiymətini 100 milyon avro təyin edib.
Qeyd edək ki, Qrizmann bu mövsüm La Liqada 26 qarşılaşmada 8 dəfə fərqlənib.