İspaniyanın “Barselona” klubu qapıçısı Ter Ştegenle müqavilə müddətini artırmaq istəyir. 

Offsideplus.az xəbər verir ki, Kataloniya klubu alman qolkiperə 3 illik, bonuslar xaric ilinə 6,5 milyon avro təklif edib.

İspaniya mətbuatı Ter Ştegen “Barselona”dan illik 15 milyon avro tələb etdiyini, klubun isə bu rəqəmi verə bilməyəcəyini yazıb.

Qeyd edək ki, Ter Ştegenin müqaviləsi gələn ilə qədərdir.