"Barselona" bir futbolçusu ilə müqavilə yeniləmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi qapıçısı Mark-Andre ter Ştegenlə saziş yeniləmək istəyir. Klubun idman direktoru Erik Abidal futbolçunun agenti ilə razılıq əldə edib. "Barselona" 27 yaşlı qapıçıya 5 illik saziş təklif etməyi planlaşdırır.
Qeyd edək ki, Ter Ştegenin müqaviləsinin müddəti 2022-ci ildə başa çatacaq.