Madrid “Real”ı qışda transfer etdiyi Reynier Xesus Karvalyonu bu gün ictimaiyyətə təqdim edəcək.

Offsideplus.az xəbər verir ki, “Flamenqo”dan transfer olunan braziliyalı gənc yarımmüdafiəçi  La Liqa klubu ilə 6 illik müqaviləyə imza atıb.

“Real” 18 yaşlı futbolçu üçün 35 milyon avro ödəyib. Gənc futbolçu hələlik “Real”ın əvəzedici komandası hesab olunan “Kastilya”da forma geyinəcək.

Qeyd edək ki, Reynier “Real”ın qışda heyətinə qatdığı yeganə futbolçudur.