Eddi İsrafilovun komandası "Albasete" İspaniya Sequndasında növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Millimizin üzvünün çıxış etdiyi klub XXVIII turda səfərdə "Mirandes"lə qarşılaşıb.

Matçda heç-heçə qeydə alınıb – 1:1.

Eddi İsrafilov start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, “Albasete” hazırda 30 xalla 22 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.