"Barselona"nın yarımmüdafiəçisi Usman Dembele yenidən zədələnib.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçu belindəki narahatlıq səbəbindən "Barselona"nın məşqini vaxtından əvvəl tərk edib.
Noyabrın 27-də baş tutan Çempionlar Liqasının qrup mərhələsinin "Dortmund Borussiya"sı ilə matçında budundan zədə alan yarımmüdafiəçinin zədəsi sağalmasının son mərhələsində idi.
Qeyd edək ki, cari mövsümdə Dembele La Liqada meydana çıxdığı 5 oyunda 1 qol vurub.