“Vilyarreal” klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisi “Borussiya”(Dortmund) klubunun hücumçusu Pako Alkaseri transfer edib.

26 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. İspaniyalı hücumçu 17 nömrəli formanı geyinəcək.

“Vilyarreal” bu transfer üçün Almaniya klubuna 23 milyon avro ödəyəcək.