“Real”ın futbolçusu Qaret Beyl xoş xəbər haqda məlumat verib.
Offsideplus.az xəbər verir ki, Beylin ailəsində daha bir nəfər artacaq. Onun 3-cü övladı dünyaya gələcək. Uelsli futbolçu “instaqram”da belə yazıb:
“3 nömrəli körpə yoldadı”.
Beyl uzun illərdi ki, orta məktəbdən sevdiyi Emmo Ris-Consla birgədi. Onlar 2016-cı ildə münasibətlərini rəsmiləşdiriblər. Buna qədər isə cütlüyün 2 qız övladı var idi.