“Barselona” klubunu yayda Nelson Semedo ilə yollarını ayırmağı düşünür.
Offsideplus.az “Sport.es” nəşrinə istinadən xəbər verir ki, klub portuqaliyalı müdafiəçinin satışından 50 milyon avro qazanmaq istəyir.
“Barselona” klubunun idman direktoru Erik Abidal bu yaxınlarda Dubay şəhərində portuqaliyalı müdafiəçinin agenti Jorje Mendeş ilə görüşüb. Agent görüş zamanı 26 yaşlı futbolçunun Kataloniya klubundan başqa kluba keçmək istədiyini bildirib.
2017-ci ildə “Barselona”ya transfer edilən Semedonun müqavilənin müddəti 30 iyuna qədərdir.