İspaniya La Liqasının 16-cı turunda “Betis” evdə “Atletik”i 3:2 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, oyunda het-trikə (2, 11 və 20) imza atan meydan sahiblərinin hücumçusu Xoakin La Liqada het-trik edən ən yaşlı futbolçuya çevrilib. O, buna 38 yaş, 140 günlüyündə nail olub. əvvəlki rekord 37 yaşında het-trik etmiş Madrid “Real”ının əfsanəsi Alfredo Di Stefanoya aid idi.
Təcrübəli futbolçu indiyə qədər La Liqada 532 oyun keçirib, 74 qola, 54 məhsuldar ötürməyə imza atıb.