“Real Madrid”in futbolçusu Qaret Beyl La Liqanın X turundan təxirə salınan “Barselona” ilə oyunu buraxa bilər.

Offsideplus.az ESPN-ə istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı uelsli hücumçunun budunun arxa hissəsində ağrıların olmasıdır. Üç gündür fərdi məşq edən forvardın növbəti 2 matçda iştirak edə bilməyəcəyi, “El-Klasiko”da forma geyinməsinin isə sual altında olduğu bildirilir.

Hücumçu Eden Hazard və braziliyalı sol cinah müdafiəçisi Marselonun da “El-Klasiko” iştirak etməyəcəyi gözlənilir.

Qeyd edək ki, dekabrın 18-də keçiriləcək “Barselona” – “Real Madrid” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.