"Real"ın hücumçusu Rodriqo tarixə düşüb.
Offsideplus.az-ın məlumatına görə, o, buna Çempionlar Liqasının qrup mərhələsinin "Qalatasaray"la IV tur oyununda nail olub.
"Santyaqo Bernabeu"dakı görüşdə het-trikə imza atan Rodriqo bu turnirdə qol vuran ən gənc braziliyalı olub. Belə ki, o, 18 yaş 301 günündə fərqlənib.
Rodriqo həmçinin ÇL tarixində het-trik müəllifi olan ən gənc ikinci futbolçu ünvanına yiyələnib. O indi sabiq "Real"lı Raul Qonzalesdən geri qalır. Raul 1995-ci ildə "Ferensvaroş"la matçda 18 yaş 113 günlüyündə 3 qol vurmuşdu.
Qeyd edək ki, "Real"ın "Qalatasaray"ı 6:0 hesabı ilə məğlub etdiyi oyunda Rodriqo 1 qol pası da verib.