İspaniyanın “Selta” klubunun yeni baş məşqçisi məlum olub.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisinin “sükan”ı Oskar Qarsiyaya tapşırılıb. 46 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. 
“Barselona”nın U-19 komandasını, “Uotford”u, “Sent-Etyen”i çalışdıran Qarsiyanın son iş yeri Yunanıstan “Olimpiakos”u olub.
“Selta” bir müddət əvvəl baş məşqçisi Fran Eskriba ilə yollarını ayırmışdı.