İspaniyanın “Barselona” klubu sabiq futbolçusu Viktor Valdesi U-19 komandasının baş məşqçisi postundan uzaqlaşdırıb.

Offsideplus.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, 37 yaşlı mütəxəssis bir sıra səbəblərə görə işini itirib.

Bildirilir ki, veteran qapıçı gənclərin inkişafı üzrə direktor Patrik Klüvertlə dil tapa bilməyib. O, 4-4-2 sxeminə üstünlük verərək Kataloniya təmsilçisinin bütün komandalarında tətbiq edilən 4-3-3 düzülüşünə keçməkdən imtina edib.

Həmçinin komandanın “Otten Cup” turnirində mübarizəni dayandırması və UEFA Gənclər Liqasında keçirdiyi hər iki oyunda uduzması da onun qovulmasında rol oynayıb.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Viktor Valdes 2000 - 2014-cü illərdə bu klubun heyətində 21 titul qazanıb.