İspaniya La Liqasında 25-ci turun oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, “Vilyareal” öz meydanında “Xetafe”ni qəbul edib.
Matçın taleyini 1 qol həll edib. “Vilyareal”ın türkiyəli hücumçusu Enes Ünal 3-cü dəqiqədə komandasına qələbə qazandıran qolu vurub. Bu, Enesin bu mövsüm La Liqada 4-cü qolu olub.
Ev sahiblərinin qapıçısı Serjio Asenxo isə 36 və 51-ci dəqiqədə rəqibin 2 penalti zərbəsini qurtararaq matçın digər qəhrəmanı olub.