"Real"ın hücumçusu Qaret Beyl komandada qalmaq fikrindədir.
Uelsli futbolçu ən azı Çində növbəti "transfer pəncərəsi" (noyabr) açılana qədər "kral klubu"nu tərk etməyəcək.
Ulduz futbolçu hətta daha uzun müddət qalmağı da planlaşdırır. O, Madrid təmsilçisində qalıb, baş məşqçi Zinəddin Zidanın qovulmasını gözləməyin əleyhinə deyil. Məhz bundan sonra komandada işinin asanlaşacağını düşünür. "Bavariya" 30 yaşlı oyunçunu icarəyə götürmək istəsə də, Beyl özü Almaniyaya köçmək niyyətindən uzaqdı.
Qeyd edək ki, Zinəddin Zidan bir müddət əvvəl açıqlamasında Beylin gələcək planlarına daxil olmadığını demişdi.