“Barselona”nın futbolçusu Pako Alkaser ciddi zədə alıb.

Offsideplus.az xəbər verir ki, İspaniya La Liqasının son turunda “Deportivo” ilə oyunda zədələnərək əvəzlənən hücumçu 3 həftə meydana çıxa bilməyəcək.

Bu isə o deməkdir ki, ispaniyalı forvard dekabrın 23-də “Real”la keçiriləcək oyunu buraxacaq.