“Barselona” daha bir futbolçunun keçidini həll edib.
Offsideplus.az xəbər verir ki, bu barədə “El Mundo Deportivo” nəşri məlumat yayıb.
Bildirilir ki, Kataloniya klubu “Qremio”nun yarımmüdafiəçisi Arturun transferini həll edib. Tərəflər arasında əldə olunan razılığa əsasən, 21 yaşlı futbolçu gələn ilin yanvarında “Barsa”ya qoşulacaq.
“Qremio” rəhbərliyi bu keçidə görə 50 milyon avro tələb etsə də, ispanlar məbləğin yarısını ödəməyə hazır idilər. Tərəflər sonra ortaq məxrəcə gələ biliblər.
Qeyd edək ki, Artur 2015-ci ildən “Qremio”nun formasını geyinir.
Mənbə: Apasport.az