“Çelsi”nin futbolçusu Eden Hazard karyerasını İspaniyada davam etdirəcək.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, belçikalı hücumçu “Real”la razılıq əldə edib.

“Real”ın Hazardla razılaşdığı, yaxın günlərdə transferin rəsmiləşəcəyi bildirilib.

Hazard “Real”da illik 13 milyon avro məvacib alacaq. “Kral klubu”yla 5 illik müavilə imzalayacağı gözlənilən 28 yaşlı futbolçu, “Real”da olarkən “qızıl top”u qazanacağı halda, 1 milyon, komanda Çempionlar Liqasını qazandıqda isə 1,5 milyon avro bonus əldə edəcək.

Hazard cari mövsümdə “Çelsi” formasıyla Premyer Liqada 22 qarşılaşmada iştirak edərək, 10 qol vurub, 10 məhsuldar ötürmə edib.