İspaniyanın “Real Madrid” klubunun rəhbərliyi Joze Mourinyo ilə danışıqlara başlayıb.

Offsideplus.az “The Sun”a istinadən xəbər verir ki, paytaxt təmsilçisinin prezidenti Florentino Peres ötən ay İngiltərə “Mançester Yunayted”inin baş məşqçi postundan istefaya göndərilmiş portuqaliyalı mütəxəssisi yenidən komandanın sükanı arxasında görmək istəyir.