"Barselona" klubunun futbolçusu Rafinya Alkantara əməliyyat edilib. 

Offsideplus.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi sol diz çarpaz bağlarından bıçaq altına yatıb. Onun bərpa müddətinin təxminən 6 ay təşkil edəcəyi bildirilib.

Qeyd edək ki, Rafinya La Liqanın 13-cü turunda "Atletiko" ilə oyunda zədələnib.